Gürcüstanda koronavirusun 4 901 yeni halı qeydə alındı, 2 586 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 901 yeni halı qeydə alındı, 2 586 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 901 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 510 941 halı təsdiq olunub. Buradan 442 956 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 586 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 74 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 6 723-ə çatdı.

Cəmi peyvənd edildi 938 705 insan, bir gündə 28 555 insan. Karantin rejimində 74 vətəndaş, stasionarda müşahində altında 7 273 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 3 499 insan qalmaqdadır.

Bununla yanaşı, 20 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 743 halı qeydə alındı, 3 393 pasiyent müalicə olunaraq sağaldı, 59 pasiyent vəfat etdi.