Gürcüstanda koronavirusun 4 778 yeni halı qeydə alındı, 4 753 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 778 yeni halı qeydə alındı, 4 753 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 778 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 549 811 halı təsdiq olunub. Buradan 493 414 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 4 753 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 79 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 7 408-ə çatdı.

Cəmi peyvənd edildi 1 184 306 insan, bir gündə 25 670 insan. Karantin rejimində 78 vətəndaş, stasionarda müşahində altında 7 457 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 840 insan qalmaqdadır.

Bununla yanaşı, 30 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 1 915 halı qeydə alındı, 5 929 pasiyent müalicə olunaraq sağaldı, 78 pasiyent vəfat etdi.