Gürcüstanda koronavirusun 4 774 yeni halı qeydə alındı, 1 623 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 774 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Ölkədə son 24 saat ərzində 1 623 insan müalicə olunaraq sağaldı. Son bir gündə koronavirusdan 37 pasiyent vəfat etdi.
Bununla yanaşı, 11 oktyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 1 530 halı qeydə alındı, 1 848 pasiyent müalicə olunaraq sağaldı, 23 pasiyent vəfat etdi.