Gürcüstanda koronavirusun 4 673 yeni halı qeydə alındı, 3 893 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 673 yeni halı qeydə alındı, 3 893 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 673 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 169 649 halı təsdiq olunub. Buradan 141 392 vətəndaş sağalıb. O cümlədən bu gün 3 893 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 36 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 576-a çatdı.

Karantin rejimində 1 186 vətəndaş, stasionarda müşahində altında 6 829 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 759 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.