Gürcüstanda koronavirusun 4 467 yeni halı qeydə alındı, 1 790 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 467 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 688 804 halı təsdiq olunub. Buradan 626 478 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 790 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 42 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 9 699-a çatdı.
Cəmi peyvənd edildi 1 943 743 insan, bir gündə 5 469 insan. Karantin rejimində 51 vətəndaş, stasionarda müşahində altında 5 925 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 993 insan qalmaqdadır.
Bununla yanaşı, 22 oktyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 155 halı qeydə alındı, 2 507 pasiyent müalicə olunaraq sağaldı, 40 pasiyent vəfat etdi.