Gürcüstanda koronavirusun 4 321 yeni halı qeydə alındı, 4 301 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 321 yeni halı qeydə alındı, 4 301 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 321 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 162 475 halı təsdiq olunub. Buradan  133 511 vətəndaş sağalıb. O cümlədən bu gün 4 301 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 36 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 504-ə çatdı.

Karantin rejimində 1 282 vətəndaş, stasionarda müşahində altında 6 897 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 969 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.