Gürcüstanda koronavirusun 4 048 yeni halı qeydə alındı, 3 856 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 4 048 yeni halı qeydə alındı, 3 856 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 4 048 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 104 732 halı təsdiq olunub. Buradan 85 639 vətəndaş sağalıb. O cümlədən bu gün 3 856 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 49 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 976-a çatdı.

Karantin rejimində 2 159 vətəndaş, stasionarda müşahində altında 3 449 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 6 189 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda dünən koronavirusun 3 824 yeni halı qeydə alındı, 3 851 pasiyent sağaldı.