Gürcüstanda koronavirusun 388 yeni halı qeydə alındı, 1 357 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 388 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 337 961 halı təsdiq olunub. Buradan 319 956 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 357 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 20 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 4 639-a çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 4.04 faiz, son yeddi günün 4.19 faiz, son 14 günün isə, 3.99 faizdir.
Cəmi peyvənd edildi 113 000 insan, bir gündə 798 insan.
Karantin rejimində 91 vətəndaş, stasionarda müşahində altında 4 161 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 667 insan qalmaqdadır.
23 may göstəricilərilə, Gürcüstanda koronavirusun 733 yeni halı aşkar edildi, 1 530 pasiyent müalicə olunaraq sağaldı.