Gürcüstanda koronavirusun 365 yeni halı qeydə alındı, 415 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 365 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 280 301 halı təsdiq olunub. Buradan 272 219 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 415 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha beş pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 751-ə çatdı.
Karantin rejimində 301 vətəndaş, stasionarda müşahində altında 1 605 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 203 insan qalmaqdadır.