Gürcüstanda koronavirusun 357 yeni halı qeydə alındı, 652 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 357 yeni halı qeydə alındı, 652 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 357 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 265 557 halı təsdiq olunub. Buradan 258 093 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 652 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha doqquz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 352-ə çatdı.

Karantin rejimində 212 vətəndaş, stasionarda müşahində altında 1 948 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 238 insan qalmaqdadır.

13 fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 535 yeni halı aşkar edildi, 757 insan müalicə olunaraq sağaldı.