Gürcüstanda koronavirusun 344 yeni halı qeydə alındı, 240 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 344 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 274 721 halı təsdiq olunub. Buradan 268 004 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 240 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 10 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 643-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.19 faiz, son yeddi günün 1.63 faiz, son 14 günün isə, 1.49 faizdir.
Karantin rejimində 241 vətəndaş, stasionarda müşahində altında 1 316 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 131 insan qalmaqdadır.