Gürcüstanda koronavirusun 311 yeni halı qeydə alındı, 936 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 311 yeni halı qeydə alındı, 936 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 311 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 354 276 halı təsdiq olunub. Buradan 340 328 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 936 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 060-a çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.98 faiz, son yeddi günün 2.3 faiz, son 14 günün isə, 2.61 faizdir.

Cəmi peyvənd edildi 207 470 insan, bir gündə 728 insan.

Karantin rejimində 34 vətəndaş, stasionarda müşahində altında 3 175 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 596 insan qalmaqdadır.