Gürcüstanda koronavirusun 3 886 yeni halı qeydə alındı, 4 103 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 886 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 553 697 halı təsdiq olunub. Buradan 497 517 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 4 103 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 74 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 7 482-ə çatdı.
Cəmi peyvənd edildi 1 210 746 insan, bir gündə 26 201 insan. Karantin rejimində 111 vətəndaş, stasionarda müşahində altında 7 393 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 454 insan qalmaqdadır.
Bununla yanaşı, 31 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 778 halı qeydə alındı, 4 753 pasiyent müalicə olunaraq sağaldı, 79 pasiyent vəfat etdi.