Gürcüstanda koronavirusun 3 842 yeni halı qeydə alındı, 777 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 842 yeni halı qeydə alındı, 777 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 842 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 959 874 halı təsdiq olunub. Buradan 912 443 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 777 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 31 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 187-ə çatdı.

Cəmi peyvənd edildi 2 551 413 insan, bir gündə 5 001 insan. Karantin rejimində 51 vətəndaş, stasionarda müşahində altında 4 418 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 493 insan qalmaqdadır.

Bununla yanaşı, 8 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 622 halı qeydə alındı, 1 126 pasiyent müalicə olunaraq sağaldı, 28 pasiyent vəfat etdi.