Gürcüstanda koronavirusun 3 837 yeni halı qeydə alındı, 3 105 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 837 yeni halı qeydə alındı, 3 105 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 837  yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 194 900 halı təsdiq olunub. Buradan 164 786 vətəndaş sağalıb. O cümlədən bu gün 3 105 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 44 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 883-ə çatdı.

Karantin rejimində 969 vətəndaş, stasionarda müşahində altında 6 710 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 2 734 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.