Gürcüstanda koronavirusun 3 780 yeni halı qeydə alındı, 2 052 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 780 yeni halı qeydə alındı, 2 052 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 780 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 440 353 halı təsdiq olunub. Buradan 395 505 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 052 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 30 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 6 016-a çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 9.02 faiz, son yeddi günün 8.98 faiz, son 14 günün isə, 8.05 faizdir.

Cəmi peyvənd edildi 583 647 insan, bir gündə 19 067 insan. Karantin rejimində 49 vətəndaş, stasionarda müşahində altında 6 369 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 472 insan qalmaqdadır.

Bununla yanaşı, 5 avqust durumu ilə, Gürcüstanda koronavirusun 3 670 yeni halı aşkar edildi, 2 626 pasiyent müalicə olunaraq sağaldı, 38 pasiyent vəfat etdi.