Gürcüstanda koronavirusun 3 567 yeni halı qeydə alındı, 2 105 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 567 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 949 176 halı təsdiq olunub. Buradan 908 813 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 105 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 41 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 082-ə çatdı.
Cəmi peyvənd edildi 2 536 824 insan, bir gündə 7 867 insan. Karantin rejimində 55 vətəndaş, stasionarda müşahində altında 4 372 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 936 insan qalmaqdadır.
Bununla yanaşı, 5 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 436 halı qeydə alındı, 1 805 pasiyent müalicə olunaraq sağaldı, 32 pasiyent vəfat etdi.