Gürcüstanda koronavirusun 3 562 yeni halı qeydə alındı, 4 145 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 562 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 879 368 halı təsdiq olunub. Buradan 822 108 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 4 145 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 63 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 12 582-ə çatdı.
Cəmi peyvənd edildi 2 276 478 insan, bir gündə 10 660 insan. Karantin rejimində 40 vətəndaş, stasionarda müşahində altında 6 286 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 178 insan qalmaqdadır.
Bununla yanaşı, 8 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 226 halı qeydə alındı, 4 091 pasiyent müalicə olunaraq sağaldı, 53 pasiyent vəfat etdi.