Gürcüstanda koronavirusun 3 454 yeni halı qeydə alındı, 3 334 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 454 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 882 822 halı təsdiq olunub. Buradan 825 442 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 3 334 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 49 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 12 631-ə çatdı.
Cəmi peyvənd edildi 2 287 645 insan, bir gündə 9 813 insan. Karantin rejimində 35 vətəndaş, stasionarda müşahində altında 6 266 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 172 insan qalmaqdadır.
Bununla yanaşı, 8 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 562 halı qeydə alındı, 4 145 pasiyent müalicə olunaraq sağaldı, 63 pasiyent vəfat etdi.