Gürcüstanda koronavirusun 3 436 yeni halı qeydə alındı, 4 483 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 436 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 692 240 halı təsdiq olunub. Buradan 630 961 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 4 483 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 43 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 9 742-ə çatdı.
Cəmi peyvənd edildi 1 948 787 insan, bir gündə 4 209 insan. Karantin rejimində 51 vətəndaş, stasionarda müşahində altında 6 041 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 957 insan qalmaqdadır.
Bununla yanaşı, 23 oktyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 467 halı qeydə alındı, 1 790 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.