Gürcüstanda koronavirusun 3 357 yeni halı qeydə alındı, 5 772 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 357 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 812 246 halı təsdiq olunub. Buradan 749 699 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 5 772 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 76 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 11 498-ə çatdı.
Cəmi peyvənd edildi 2 095 168 insan, bir gündə 4 638 insan. Karantin rejimində 49 vətəndaş, stasionarda müşahində altında 6 605 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 157 insan qalmaqdadır.