Gürcüstanda koronavirusun 3 212 yeni halı qeydə alındı, 5 017 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 212 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Ölkədə son 24 saat ərzində 5 017 insan müalicə olunaraq sağaldı.
Son bir gündə koronavirusdan 81 pasiyent vəfat etdi.
Bununla yanaşı dünən Gürcüstanda koronavirusa yoluxmanın 3 886 halı qeydə alındı, 4 103 pasiyent müalicə olunaraq sağaldı, 74 pasiyent vəfat etdi.