Gürcüstanda koronavirusun 3 157 yeni halı qeydə alındı, 3 230 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 157 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 82 835 halı təsdiq olunub. Buradan 65 291 vətəndaş sağalıb. O cümlədən bu gün 3 230 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 30 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 733-ə çatdı.
Karantin rejimində 2 735 vətəndaş, stasionarda müşahində altında 5 658 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 3 315 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.