Gürcüstanda koronavirusun 3 141 yeni halı qeydə alındı, 1 509 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 141 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 410 830 halı təsdiq olunub. Buradan 377 597 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 509 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 20 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 751-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 7.75 faiz, son yeddi günün 6.92 faiz, son 14 günün isə, 6.28 faizdir.
Cəmi peyvənd edildi 374 753 insan, bir gündə 14 210 insan. Karantin rejimində 64 vətəndaş, stasionarda müşahində altında 5 256 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 798 insan qalmaqdadır.
Bununla yanaşı, 27 iyul durumu ilə, Gürcüstanda koronavirusun 3 666 yeni halı aşkar edildi, 1 335 pasiyent müalicə olunaraq sağaldı, 17 pasiyent vəfat etdi.