Gürcüstanda koronavirusun 3 128 yeni halı qeydə alındı, 3 045 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 128 yeni halı qeydə alındı, 3 045 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 128 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 111 818 halı təsdiq olunub. Buradan 92 215 vətəndaş sağalıb. O cümlədən bu gün 3 045 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 36 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 051-ə çatdı.

Karantin rejimində 2 102 vətəndaş, stasionarda müşahində altında 6 192 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 739 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.