Gürcüstanda koronavirusun 3 123 yeni halı qeydə alındı, 4 215 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 123 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 901 202 halı təsdiq olunub. Buradan 849 090 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 4 215 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 39 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 12 918-ə çatdı.
Cəmi peyvənd edildi 2 349 643 insan, bir gündə 11 161 insan. Karantin rejimində 33 vətəndaş, stasionarda müşahində altında 5 882 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 137 insan qalmaqdadır.
Bununla yanaşı, 15 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 278 halı qeydə alındı, 3 890 pasiyent müalicə olunaraq sağaldı, 53 pasiyent vəfat etdi.