Gürcüstanda koronavirusun 3 020 yeni halı qeydə alındı, 3 387 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 3 020 yeni halı qeydə alındı, 3 387 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 3 020 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 79 678 halı təsdiq olunub. Buradan 62 061 vətəndaş sağalıb. O cümlədən bu gün 3 387 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 34 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 703-ə çatdı.

Karantin rejimində 2 326 vətəndaş, stasionarda müşahində altında 5 592 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 280 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.