Gürcüstanda koronavirusun 298 yeni halı qeydə alındı, 1 311 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 298 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 253 816 halı təsdiq olunub. Buradan 243 396 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 311 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 16 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 071-ə çatdı.
Karantin rejimində 515 vətəndaş, stasionarda müşahində altında 3 223 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 402 insan qalmaqdadır.
24 yanvar göstəricilərilə, Gürcüstanda koronavirusun 546 yeni halı aşkar edildi, 1 456 insan müalicə olunaraq sağaldı.