Gürcüstanda koronavirusun 262 yeni halı qeydə alındı, 189 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 262 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 277 480 halı təsdiq olunub. Buradan 269 973 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 189 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha doqquz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 700-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.2 faiz, son yeddi günün 1.63 faiz, son 14 günün isə, 1.55 faizdir.
Karantin rejimində 220 vətəndaş, stasionarda müşahində altında 1 435 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 176 insan qalmaqdadır.