Gürcüstanda koronavirusun 258 yeni halı qeydə alındı, 571 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 258 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 268 355 halı təsdiq olunub. Buradan 261 637 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 571 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 14 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 435-ə çatdı.
Karantin rejimində 328 vətəndaş, stasionarda müşahində altında 1 723 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 231 insan qalmaqdadır.
20 fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 396 yeni halı aşkar edildi, 469 insan müalicə olunaraq sağaldı.