Gürcüstanda koronavirusun 25 161 yeni halı qeydə alındı, 16 789 pasiyent sağaldı

11:06, 09.02.2022

Gürcüstanda koronavirusun 25 161 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 375 615 halı təsdiq olunub. Buradan 1 141 231 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 16 789 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 51 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 351-ə çatdı.

Cəmi peyvənd edildi 2 759 753 insan, bir gündə 3 566 insan. Karantin rejimində 41 vətəndaş, stasionarda müşahində altında 6 036 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 901 insan qalmaqdadır.

Bununla yanaşı, 8 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 24 616 halı qeydə alındı, 18 221 pasiyent müalicə olunaraq sağaldı, 54 pasiyent vəfat etdi.

Oxşar