Gürcüstanda koronavirusun 234 yeni halı qeydə alındı, 349 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 234 yeni halı qeydə alındı, 349 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 234 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 272 851 halı təsdiq olunub. Buradan  266 693 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 349 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha doqquz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 576-a çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 1.47 faiz, son yeddi günün 1.55 faiz, son 14 günün isə, 1.56 faizdir.

Karantin rejimində 307 vətəndaş, stasionarda müşahində altında 1 410 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 133 insan qalmaqdadır.