Gürcüstanda koronavirusun 23 yeni halı qeydə alındı, üç pasiyent sağaldı

10:32, 01.09.2020

Gürcüstanda koronavirusun 23 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 510 halı təsdiq olunub. Buradan 1 243 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 19 pasiyent vəfat edib.

Karantin rejimində 5 828 vətəndaş, stasionarda müşahində altında 232 vətəndaşdır.

Oxşar