Gürcüstanda koronavirusun 22 444 yeni halı qeydə alındı, 13 245 pasiyent sağaldı

11:23, 10.02.2022

Gürcüstanda koronavirusun 22 444 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 398 059 halı təsdiq olunub. Buradan 1 154 476 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 13 245 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 53 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 404-ə çatdı.

Cəmi peyvənd edildi 2 764 352 insan, bir gündə 3 454 insan. Karantin rejimində 41 vətəndaş, stasionarda müşahində altında 6 085 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 858 insan qalmaqdadır.

Bununla yanaşı, 9 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 25 161 halı qeydə alındı, 16 789 pasiyent müalicə olunaraq sağaldı, 51 pasiyent vəfat etdi.

Oxşar