Gürcüstanda koronavirusun 22 263 yeni halı qeydə alındı, 15 575 pasiyent sağaldı

11:25, 04.02.2022

Gürcüstanda koronavirusun 22 263 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 272 371 halı təsdiq olunub. Buradan 1 053 966 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 15 575 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 39 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 141-ə çatdı.

Cəmi peyvənd edildi 2 742 134 insan, bir gündə 4 959 insan. Karantin rejimində 42 vətəndaş, stasionarda müşahində altında 5 808 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 958 insan qalmaqdadır.

Bununla yanaşı, üç fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 23 664 halı qeydə alındı, 8 326 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.

Oxşar