Gürcüstanda koronavirusun 20 326 yeni halı qeydə alındı, 48 468 pasiyent sağaldı

11:26, 12.02.2022

Gürcüstanda koronavirusun 20 326 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 438 353 halı təsdiq olunub. Buradan 1 226 619 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 48 468 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 57 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 516-a çatdı.

Cəmi peyvənd edildi 2 772 264 insan, bir gündə 3 396 insan. Karantin rejimində 41 vətəndaş, stasionarda müşahində altında 6 100 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 758 insan qalmaqdadır.

Bununla yanaşı, 11 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 19 968 halı qeydə alındı, 23 675 pasiyent müalicə olunaraq sağaldı, 55 pasiyent vəfat etdi.

Oxşar