Gürcüstanda koronavirusun 2 979 yeni halı qeydə alındı, 3 470 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 979 yeni halı qeydə alındı, 3 470 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 979 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 904 181 halı təsdiq olunub. Buradan 852 560 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 3 470 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 53 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 12 971-ə çatdı.

Cəmi peyvənd edildi 2 361 557 insan, bir gündə 10 505 insan. Karantin rejimində 40 vətəndaş, stasionarda müşahində altında 5 798 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 107 insan qalmaqdadır.

Bununla yanaşı, 16 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 123 halı qeydə alındı, 4 215 pasiyent müalicə olunaraq sağaldı, 39 pasiyent vəfat etdi.