Gürcüstanda koronavirusun 2 970 yeni halı qeydə alındı, 2 348 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 970 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 63 650 halı təsdiq olunub. Buradan 47 390 vətəndaş sağalıb. O cümlədən bu gün 2 348 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 22 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 521-ə çatdı.
Karantin rejimində 2 765 vətəndaş, stasionarda müşahində altında 4 709 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 3066 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.