Gürcüstanda koronavirusun 2 927 yeni halı qeydə alındı, 2 470 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 925 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 60 680 halı təsdiq olunub. Buradan 45 042 vətəndaş sağalıb. O cümlədən bu gün 2 470 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 24 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 499-a çatdı.
Karantin rejimində 2 982 vətəndaş, stasionarda müşahində altında 4 780 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 2 879 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.