Gürcüstanda koronavirusun 2 922 yeni halı qeydə alındı, 4 999 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 922 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 889 286 halı təsdiq olunub. Buradan 832 675 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 4 999 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 36 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 12 731-ə çatdı.
Cəmi peyvənd edildi 2 308 497 insan, bir gündə 6 871 insan. Karantin rejimində 37 vətəndaş, stasionarda müşahində altında 6 142 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 193 insan qalmaqdadır.
Bununla yanaşı, 11 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 542 halı qeydə alındı, 2 234 pasiyent müalicə olunaraq sağaldı, 64 pasiyent vəfat etdi.