Gürcüstanda koronavirusun 2 901 yeni halı qeydə alındı, 2 799 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 901 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 57 753 halı təsdiq olunub. Buradan 42 572 vətəndaş sağalıb. O cümlədən bu gün 2 799 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 34 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 475-ə çatdı.
Karantin rejimində 2 964 vətəndaş, stasionarda müşahində altında 4 691 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 2 879 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 2 859 yeni halı aşkar edildi, 2 754 pasiyent sağaldı.