Gürcüstanda koronavirusun 2 720 yeni halı qeydə alındı, 3 942 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 720 yeni halı qeydə alındı, 3 942 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 720 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 189 726  halı təsdiq olunub. Buradan 158 183 vətəndaş sağalıb. O cümlədən bu gün 3 942 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 46 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 790a çatdı.

Karantin rejimində 1 010 vətəndaş, stasionarda müşahində altında 6 869 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 077 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.