Gürcüstanda koronavirusun 2 684 yeni halı qeydə alındı, 2 695 pasiyent sağaldı
10:55, 04.09.2021
Gürcüstanda koronavirusun 2 684 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Ölkədə son 24 saat ərzində 2 695 insan müalicə olunaraq sağaldı, 83 pasiyent vəfat etdi.
Bununla yanaşı, dünən Gürcüstanda koronavirusa yoluxmanın 3 034 halı qeydə alındı, 3 952 pasiyent müalicə olunaraq sağaldı, 86 pasiyent vəfat etdi.