Gürcüstanda koronavirusun 2 669 yeni halı qeydə alındı, 6 177 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 669 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 543 118 halı təsdiq olunub. Buradan 482 732 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 6 177 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 76 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 7 251-ə çatdı.
Cəmi peyvənd edildi 1 145 925 insan, bir gündə 20 678 insan. Karantin rejimində 113 vətəndaş, stasionarda müşahində altında 7 571 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 3 072 insan qalmaqdadır.
Bununla yanaşı, 28 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 247 halı qeydə alındı, 3 053 pasiyent müalicə olunaraq sağaldı, 74 pasiyent vəfat etdi.