Gürcüstanda koronavirusun 2 617 yeni halı qeydə alındı, 869 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 617 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 400 698 halı təsdiq olunub. Buradan 371 434 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 869 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 20 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 665-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 6.03 faiz, son yeddi günün 6.15 faiz, son 14 günün isə, 5.55 faizdir.
Cəmi peyvənd edildi 398 454 insan, bir gündə 6 673 insan.
Karantin rejimində 51 vətəndaş, stasionarda müşahində altında 4 963 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 564 insan qalmaqdadır.
Bununla yanaşı, 23 iyul durumu ilə, Gürcüstanda koronavirusun 2 460 yeni halı aşkar edildi, 1 082 pasiyent müalicə olunaraq sağaldı, 20 pasiyent vəfat etdi.