Gürcüstanda koronavirusun 2 616 yeni halı qeydə alındı, 880 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 616 yeni halı qeydə alındı, 880 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 616 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 390 945 halı təsdiq olunub. Buradan 367 130 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 880 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 26 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 592-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 7.19 faiz, son yeddi günün 5.24 faiz, son 14 günün isə, 4.77 faizdir.

Cəmi peyvənd edildi 368 179 insan, bir gündə 11 073 insan.

Karantin rejimində 70 vətəndaş, stasionarda müşahində altında 4 495 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 120 insan qalmaqdadır.