Gürcüstanda koronavirusun 2 501 yeni halı qeydə alındı, 3 988 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 501 yeni halı qeydə alındı, 3 988 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 501 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 164 976 halı təsdiq olunub. Buradan 137 499 vətəndaş sağalıb. O cümlədən bu gün 3 988 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 36 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 1 540-a çatdı.

Karantin rejimində 1 267 vətəndaş, stasionarda müşahində altında 6 963 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 3 744 insan qalmaqdadır.

Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.