Gürcüstanda koronavirusun 2 316 yeni halı qeydə alındı, 382 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 316 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 232 079 halı təsdiq olunub. Buradan 222 787 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 382 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 18 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 646-a çatdı.
Karantin rejimində 377 vətəndaş, stasionarda müşahində altında 4 012 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 763 insan qalmaqdadır.