Gürcüstanda koronavirusun 2 261 yeni halı qeydə alındı, 1 410 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 261 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 395 621 halı təsdiq olunub. Buradan 369 483 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 410 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 18 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 636-a çatdı.