Gürcüstanda koronavirusun 2 210 yeni halı qeydə alındı, 5 587 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 2 210 yeni halı qeydə alındı, 5 587 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 2 210 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 564 837 halı təsdiq olunub. Buradan 514 768 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 5 587 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 74 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 7 806-a çatdı.

Cəmi peyvənd edildi 1 314 104 insan, bir gündə 22 733 insan. Karantin rejimində 105 vətəndaş, stasionarda müşahində altında 7 019 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 2 415 insan qalmaqdadır.

Bununla yanaşı, 4 sentyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 684 halı qeydə alındı,2 695 pasiyent müalicə olunaraq sağaldı, 83 pasiyent vəfat etdi.